Paşa İnvestments ilə tərəfdaşlıq: Kapital dəstəyi, idarəetmə
Kapital dəstəyi, tərəfdaşlıq və idarəetmə
Azərbaycan, Türkiyə və Gürcüstanda tərəfdaşlıq
Bizimlə tərəfdaşlıq
Bizim əsas missiyamız artım naminə tərəfdaşlıqdır – tərəfdaşın sağlam biznes modeli ilə maliyyə dəstəyimizin (rəhbərliyin nəzarəti və təcrübəsini də özündə ehtiva etməklə) simbiozu.
Biz qeyri-neft sektorunda olmaqla, artım kapitalı və ya hissə satışı imkanlarını hədəf götürürük.
Biz maksimum 70% iştirak payınadək olmaqla, 10 milyon AZN məbləğində kapital investisiyası təklif edirik. Əsas investisiya regionu olaraq Azərbaycanı hədəfləsək də, Gürcüstan və Türkiyədə də aktiv fəaliyyət göstəririk.
Sizə nə təklif edə bilərik:
- Şirkətinizin artımına dəstək olmaq üçün uzunmüddətli yatırım;
- Riskləri və gəlirləri bölüşmək üçün tərəfdaşlıq;
- Maliyyə məsləhəti ilə yanaşı strateji və əməliyyat dəstəyi;
- Yüksək effektivliyə malik idarəetmə standartlarının qəbul edilməsi;
- Biznesdən qismən və ya tam çıxış strategiyası.
Tərəfdaşlarımız üçün necə dəyər yaradırıq:
Biz detallı analiz aparırıq. Yekun investisiya qərarından əvvəl biz şirkət rəhbərliyi ilə görüşür, mühasibat uçotlarını diqqətlə nəzərdən keçirir, təşkilati strukturu öyrənir və əməliyyat prosedurlarını yoxlayırıq. Bütün bunlar potensial tərəfdaşımızın demək olar ki, dəqiq “portretini” hazırlamaq məqsədilə həyata keçirilir.
Biz 100 günlük plan hazırlayırıq. İnvestisiya qərarı verildikdən sonra biz iki sənəd üzrə işi davam etdiririk: 100 günlük investisiya və icra planı – hər iki sənəd davamlı uğuru optimal şəkildə təmin etmək məqsədi ilə tərəfdaşımız ilə sıx əməkdaşlıq şəraitində hazırlanır və həyata keçirilir.
Biz Qrupumuzun resurslarından effektiv şəkildə istifadə edirik. PAŞA Qrup Azərbaycanda müxtəlif sektorlarda aparıcı mövqeyə, çoxsahəli potensiala və dərin təcrübəyə malikdir və nüfuzlu beynəlxalq şirkətlər ilə əməkdaşlıq imkanı yaradır.