Paşa İnvestments dəyərlərimiz: Gəlirlilik, keyfiyyət, yüksəliş
Paşa İnvestments üçün əsas dəyərlər
Etibarlı tərəfdaşlıq, davamlı gəlir imkanları
Dəyərlərimiz
PAŞA İnvestments öz fəaliyyətini beş mühüm dəyərə əsaslanaraq icra edir:
Dürüstlük – fərdi investisiya - səhmdarlar, tərəfdaşlar, investisiya obyektləri və onların rəhbərliyi arasındakı etimaddan asılı olan uzunmüddətli biznes fəaliyyətidir. Bütün səhmdarlarımız ilə yüksək dürüstlük standartlarına sadiq qalırıq.
Keyfiyyət – biz biznesin planlaşdırılması, strategiya və korporativ idarəetmə sahəsində məsləhət verməklə komanda üzvlərimiz tərəfindən tərəfdaşlarımıza ən yüksək keyfiyyətli xidmətlərin göstərilməsini təmin edirik.
Gəlirlilik – biz güclü risk idarəetmə mexanizmləri çərçivəsində, arzu edilən daxili gəlirlilik normasına nail olmaq üçün bütün fəaliyyətlərimizi strateji planımıza uyğunlaşdırırıq.
Əməkdaşlıq – investisiya olunmuş müəssisələrdə korporativ idarəetməni, daxili prosesləri, planlaşdırma və büdcə tərtibetmə təcrübələrini təkmilləşdirməklə dəyər yaratmaq üçün tərəfdaşlarımızla birgə işləyirik.
Sahibkarlıq – fərdi investisiyalar regionda mühüm və zəruri sərmayə qoyuluşu formasıdır, belə ki, o, likvidliyi və sahibkarlıq fəaliyyətini stimullaşdırır və əlavə səhmdar dəyəri yaradır. Bu isə öz növbəsində iş yerlərinin açılmasına və iqtisadi artıma şərait yaradır.