Paşa İnvestments haqqında: İnvestisiya üzrə tərəfdaş

Haqqımızda

Haqqımızda

PAŞA İnvestments MMC Azərbaycan, Gürcüstan və Türkiyədə orta kapitallı şirkətlərə kapital artımı investisiyalarını hədəfləyən investisiya fondudur.

Biz bank, sığorta, tikinti, turizm və daşınmaz əmlak daxil olmaqla bir çox sektorda aktivləri olan, Azərbaycanın böyük investisiya holdinqi “PAŞA Qrup”un bir hissəsiyik.

Fəaliyyətə başladığımızdan etibarən biz etibarlı maliyyə tərəfdaşı kimi nüfuz qazanmışıq. Hazırda biz öz sahibkarlarımızı geniş ekspertiza, maliyyə potensialı və güclü strategiya ilə təmin edirik.

Təcrübəli komandamızın öz fəaliyyətində rəhbər tutduğu başlıca missiya: artım potensialı olan şirkətləri axtarmaq və onların sonrakı inkişafına və genişlənməsinə dəstək olmaqdır.