Komandamız

Kənan Mədətli

Kənan Mədətli

Hüquq meneceri

Kənan 2024-cü ildə “Paşa İnvestments” şirkətinə qoşulub. Komandamızın bir hissəsi olmamışdan əvvəl o, “KPMG Azerbaijan Limited” və “Dentons Europe (Central Asia) Limited” şirkətlərində dəyərli təcrübə qazanıb və burada müxtəlif sənaye sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərə hüquqi dəstək göstərib.

Kənan, həmçinin çoxsaylı korporativ və M&A layihələrində iştirak edərək öz təcrübəsini və praktiki bacarıqlarını inkişaf etdirib. Onun əsas fəaliyyət sahələrinə korporativ və M&A, kommersiya hüququ, müqavilələr və antiinhisar hüququ daxildir.

Kənan 2018-ci ildə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb.