Komandamız

Fuad Abdullayev

Fuad Abdullayev

İnvestisiya üzrə kiçik menecer

Fuad 2019-cu ildən “PAŞA İnvestments” şirkətində işləyir. Şirkətə gəlməzdən əvvəl, o “Deloitte”, “BP” və “GİLAN Holding” şirkətlərində bir sıra idarəetmə və maliyyə konsaltinq layihələrində çalışmışdır. Fuad həmçinin bir neçə müstəqil layihələrdə çalışaraq, burada bazar araşdırmaları, biznes planların hazırlanması və əsas tərəfdaşlarla aparıcı danışıqların aparılmasında dəstək göstərib.

Fuad bakalavr dərəcəsini Mühasibat uçotu, Biznes maliyyələşdirilməsi və idarə edilməsi üzrə İngiltərənin York Universitetində almışdır və “Chartered Institute of Management Accountants (CIMA)” İnstitutunun İdarəetmə Mühasibatlığı Diplomuna sahibdir. Bundan əlavə, o, CFA imtahanının iki səviyyəsini uğurla başa vurub.