Fikrət 2025-ci ildə PAŞA Investments şirkətinə qoşulub. Bundan əvvəl o, AzerGold-da Strategiya və PMO departamentinin rəhbəri kimi korporativ strategiyanın hazırlanması və icrasına, investisiya imkanlarının qiymətləndirilməsinə və strateji layihələrin idarə olunmasına rəhbərlik
etmişdir.
Fikrət NEQSOL Holding, EY, BP, Baker Tilly və Deloitte kimi beynəlxalq və regional təşkilatlarda rəhbər və ekspert vəzifələrində çalışaraq strateji planlaşdırma, investisiya təhlili, layihə idarəçiliyi, risklərin qiymətləndirilməsi və əməliyyat səmərəliliyinin artırılması sahələrində geniş təcrübə qazanmışdır.
O, magistr dərəcəsini İsveçin Chalmers Texnologiya Universitetində, bakalavr dərəcəsini isə Azərbaycan Dövlət Neft Akademiyasında almışdır.